Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
ANA SƏHİFƏ dünya Fransa Ukraynaya yardımı kəsəcək
dünya

Fransa Ukraynaya yardımı kəsəcək

15-10-2024 20:00 46 Baxış
IMG

Fransa büdcə kəsiri səbəbindən Ukraynaya yardımı azaldacaq.

Tvit.az xəbər verir ki, bunu Fransa Müdafiə Nazirliyinin rəhbəri Sebastyan Lekornu deyib.

"2024-cü ilin əvvəlində Fransanın Ukraynaya yardımının üç milyard avroya çatacağına qərar verildi. Reallıqda üç yox iki milyard ayıra biləcəyik", - müdafiə idarəsinin rəisi bildirib.

Əlavə edilib ki, Paris 2024-cü ildə ÜDM-in 6 faizinə çata biləcək ölkənin büdcə kəsiri riskinə görə Kiyevə yardımı azaltmaq məcburiyyətində qalıb.

Aysel