Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Naxçıvana yük avtomobillərinin girişi məhdudlaşdırıldı
hadisə

Naxçıvana yük avtomobillərinin girişi məhdudlaşdırıldı

14-10-2024 19:00 73 Baxış
IMG

Naxçıvan şəhərinə yük avtomobillərinin daxil olması məhdudlaşdırılıb.

Tvit.az xəbər verir ki, bu barədə Naxçıvan DİN-in DYPİ-nin əməkdaşı, polis mayoru Ayaz İsmayılov məlumat verib.

Bildirilib ki, bununla bağlı yerlərdə müvafiq nişanlama işləri görülməyə başlayıb.

Şəhərdaxili hərəkəti qadağan etmək üçün icazə verilən maksimum kütləsi 5 tondan çox olan yük avtomobillərinin səhər saat 7 radələrindən axşam saat 8 radələrinə hərəkəti qadağan olunur. Məqsəd isə şəhərdə yol hərəkəti təhlükəsizliyini təmin etməklə bərabər, yollarda sabitliyi təmin etmək, baş verə biləcək qəzaların qarşısını almaqdır.