Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
ANA SƏHİFƏ siyasət "COP29 Sülh və İqlim təşəbbüsü" Liderlər Qrupuna daxil olan ölkələrin adları məlum olub
siyasət

"COP29 Sülh və İqlim təşəbbüsü" Liderlər Qrupuna daxil olan ölkələrin adları məlum olub

11-10-2024 16:00 95 Baxış
IMG

"COP29 Sülh və İqlim təşəbbüsü" Liderlər Qrupu Azərbaycan, Misir, Almaniya, İtaliya, Uqanda, Böyük Britaniyadan ibarət olacaq.

 Tvit.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransının (Pre-COP29) panel iclasında deyib.

O qeyd edib ki, COP29 çərçivəsində Şamaxıda görüş keçiriləcək:

"Əsas məqsəd COP29 Sülh gününün müzakirəsi, dəyirmi masa və məsləhətləşmələrin keçirilməsidir. Dəyirmi masanın əsas mövzusu iqlim dəyişikliyi, sülh və təhlükəsizlikdə insan amilinin araşdırılması olacaq. Sülh gününün digər əsas təşəbbüsü isə Bakı habının yaradılmasıdır. Bu çərçivədə həssas qrupların iqlim dayanıqlılığının artırılması və buna maliyyə dəstəyinin təmin edilməsidir. Təsirə məruz qalan ekosistemlər və insanlar müəyyən olunacaq".