Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Ağdamda qəza - Xəsarət alan var
hadisə

Ağdamda qəza - Xəsarət alan var

09-10-2024 18:00 90 Baxış
IMG

Ağdamda yol-nəqliyyat hadisəsi baş verib.

"Tvit.az" xəbər verir ki, hadisə rayonun Üçoğlan kəndi ərazisində qeydə alınıb. "Mercedes" və "VAZ" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfər xəsarət alıb. Maşında sıxılıb qalan yaralı, 1995-ci il təvəllüdlü Baxşəliyev Bəxtiyar Yadigar oğlu FHN-nin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Ağdam rayon polis şöbəsində araşdırma aparılır.