Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
ANA SƏHİFƏ idman Qurban Qurbanovun oğlu U-21 millisinə dəvət aldı
idman

Qurban Qurbanovun oğlu U-21 millisinə dəvət aldı

07-10-2024 10:00 108 Baxış
IMG

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

AFFA-dan "Tvit.az"a verilən məlumata görə, “Qarabağ”ın hücumçusu Musa Qurbanlı U-21-in heyətinə cəlb olunub.

Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 12-də Şimali İrlandiya, oktyabrın 15-də isə İngiltərə yığması ilə səfərdə qarşılaşacaq.

Qeyd edək ki, Musa Qurbanlı "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun oğludur.