13 C
Baku
Çərşənbə, May 8, 2024

Bizə yaz

Zaurun verilişinin yayımı DAYANDIRILDI

“ATV” telekanalında yayımlanan “Bizimləsən” proqramının efir yayımı yarımçıq dayandırılıb. 

Bu barədə Referans.az-a telekanaldan məlumat daxil olub. 

Məlumata görə, bu gün “Bizimləsən” verilişinin yayımı zamanı efirdə qeyri-etik hərəkətlərə yol verilib. Baş verən bu haldan dərhal sonra “Bizimləsən” proqramının yayımı yarımçıq dayandırılıb. 

Məsələ ilə bağlı “Bizimləsən” verilişinin aparıcısı Zaur Baxşəliyev Demokrat.az-ın telefon zənglərinə cavab verməyib. 

Xatırladaq ki, teleaparıcı Zaur Baxşəliyevin müəllifi olduğu “Bizimləsən” verilişinin yayımının dayandırılması ilk hal deyil. Bundan öncə də sözügedən verilişin yayımı dayandırılmışdı və buna görə telekanal cərimələnmişdi.  

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR