15 C
Baku
Çərşənbə axşamı, May 21, 2024

Bizə yaz

Şahzadə Harri və Meqan Marklın qızı dünyaya gəlib

Britaniya şahzadəsi Harri və onun xanımı Meqan Marklın 4 iyun tarixində ikinci dəfə övladları dünyaya gəlib.

Tvit.az xarici mətbuata istinadən xəbər verir ki, uşağa Lilibet Diana adı verilib.

Taxt-tac varisliyi növbəsində səkkizinci yeri tutan qız uşağı Şahzadə Harri və Meqan Marklın bir ildən çox yaşadıqları Santa-Barbara (Kaliforniya) xəstəxanasında dünyaya gəlib.

Uşağa Böyük Britaniya kraliçası II Elizabetin (məhdud ailə dairəsində onu Lilibet deyə çağırırlar) və Şahzadə Harrinin anası Şahzadə Diananın (1961-1997) şərəfinə bu ad verilib.

Hazırda Şahzadə Harri və xanımı Santa-Barbara şəhərində yaşayırlar. Cütlüyün 6 may 2019-cu il təvəllüdlü Arçi adında bir oğlu da var.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR