15 C
Baku
Çərşənbə axşamı, May 21, 2024

Bizə yaz

“Avroviziya -2021” mahnı müsabiqəsinin qalibi İtaliya olub

Niderland Krallığının Rotterdam şəhərində keçirilən “Avroviziya -2021” mahnı müsabiqəsinin qalibi İtaliya təmsilçisi olub.

Tvit.az-ın məlumatına görə müsabiqənin final mərhələsində 26 ölkə təmsilçisi iştirak edib.

Azərbaycanı yarışmada “Mata Hari” mahnısı ilə Samira Efendi təmsil edib. Azərbaycan təmsilçisi müsabiqədə 20-ci yerdə qərarlaşıb. Münsiflərin səsverməsində Azərbaycan 32, tamaşası səs verməsində isə 33 səs toplayaraq cəmi 65 səs toplayıb.

Qeyd edək ki, builki “Avroviziya -2021” mahnı müsabiqəsinin ilk yarımfinalı mayın 18-də, ikinci yarlmfinalı isə 2 gün sonra baş tutub.

Xatırladaq ki, sayca 65-ci olan “Avroviziya” Mahnı Müsabiqəsi ötən il pandemiya səbəbi ilə təxirə salınıb. 2019-cu ildə İsrailin Tel-Əviv şəhərində keçirilən müsabiqənin sonuncu qalibi “Arcade” mahnısı ilə niderlandlı Dunkan Lourens olub.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR