18 C
Baku
Cümə, Aprel 26, 2024

Bizə yaz

Zəngilanda düşmənin atıb qaçdığı 60 minə yaxın güllə aşkar edilib

Zəngilan rayon Polis Şöbəsi tərəfindən keçirilən nəzarət-profilaktik tədbirlərlə bu günə qədər Vətən müharibəsi zamanı düşmənin atıb qaçdığı 7 avtomat, 3 pulemyot, 2 qumbaraatan, 42 əl qumbarası, 7 mina və müxtəlif partlayıcı vasitələr, xeyli sayda müxtəlif çaplı mərmi və 60 minə yaxın güllə aşkar edilərək götürülüb və aidiyyəti üzrə təhvil verilib.

Tvit.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Bərdə regional qrupundan bildirilib.

Bundan başqa, keçirilmiş kompleks tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitmiş çəkisi 450 kiloqram olan 1810 ədəd çətənə bitkiləri yığılaraq məhv edilib.

Zəngilanda aşkarlanan silah-sursat
Zəngilan
Zəngilanda aşkarlanan silah-sursat

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR