21 C
Baku
Cümə axşamı, May 2, 2024

Bizə yaz

Taliban 3 qonşu ölkəni İŞİD-ə “yardım etməkdə” ittiham edib

Taliban 3 qonşu ölkəni İŞİD-ə “yardım etməkdə” ittiham edib.

Tvit.az xəbər verir ki, bu barədə məlumatı xarici KİV-lər yayıb.

Məlumata əsasən, Əfqanıstanın xarici işlər naziri vəzifəsini icra edən Müttəki Kabildə Əfqanıstan-Qazaxıstan sərgisinin açılışında çıxış edərkən 3 qonşu ölkəni İŞİD-ə kömək etməkdə ittiham edib.

“Bir ölkə İŞİD-i insan resursları ilə təmin edir, ikincisi onun təlimi ilə məşğuldur, üçüncüsü isə bütün bunları maliyyələşdirir”, – nazir deyib. O qeyd edib ki, Əfqanıstanda İŞİD döyüşçüləri yoxdur.

Nazir sözügedən ölkələrin hansı olduğunu dəqiqləşdirməyib, lakin Taliban kəşfiyyatının ruporu Əl Mirsaad qeyd edir ki, söhbət Tacikistan, İran və Pakistandan gedir.

Aysel Şirinova

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR