15 C
Baku
Cümə axşamı, May 2, 2024

Bizə yaz

“Məşğulluq marafonu” çərçivəsində 650 qazi və şəhid ailəsi üzvü işlə təmin olunub

“”Məşğulluq marafonu” başlayandan 495 işəgötürən müraciət edib”.

Tvit.az-ın məlumatına görə, bunu Dövlət Məşğulluq Agentliyinin İdarə heyəti sədrinin müavini Cəmaləddin Quliyev “Sosial saat”da deyib.

O bildirib ki, onlar 2341 vakansiya təqdim edib: “Məşğulluq marafonu” çərçivəsində 650 nəfər şəhid ailəsi üzvü və qazi işlə təmin olunub. Onlardan 533-ü qazi, 117-si isə şəhid ailəsidir”.

C. Quliyevin sözlərinə görə, Agentlik tərəfindən 2856 nəfər şəhid ailə üzvləri ilə görüşlər keçirilib: “Onların özünəməşğulluq, işlə təmin olunma və digər tədbirlər həyata keçirmişik. Onlardan 2 315 nəfəri aktiv məşğulluq və ya işlə təmin edilib. 541 nəfər isə bu xidmətlərdən imtina edib. 11 367 qazidən 9 228-i ilə iş aparılıb. Onlardan 4 785 nəfəri özünəməşğulluq tədbirlərinə cəlb olunub və işlə təmin edilib. 2 969 nəfəri bu xidmətlərdən imtina edib, 1 393-ü isə işaxtaran olduğuna görə onlarla iş aparmaq mümkün olmayıb”.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR