19 C
Baku
Cümə, May 10, 2024

Bizə yaz

İşğaldan azad olunmuş ərazilərin bərpası ilə bağlı ayrılacaq vəsaitlərin toplanması üçün fond yaradılması təklif olunur

“İşğaldan azad olunmuş ərazilərin bərpası üçün büdcədən 2,2 milyard manat vəsait ayrılmasını yaxşı qarşılayırıq. Deputat həmkarlarımız xaricdə və ölkədə yaşayan sahibkarların da öz vəsaitləri hesabına bu layihələrdə iştirak etməsi ilə bağlı təkliflər səsləndirib. Bu barədə suallar var”.

Tvit.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Mirkişili deyib.

Deputat bildirib ki, bu istiqamətdə ayrıca fondun yaradılması yaxşı olardı: “Burada təkcə dövlət büdcəsindən olan vəsaitlərin deyil, sahibkarlardan və digər şəxslərin də ianələri hesabına fondun gəlirləri arta və bu gəlirlər işğaldan azad olunmuş ərazilərin bərpasına yönələ bilər. Bu da işlərin daha sürətlə aparılmasına imkan verər”.

Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, bu məsələyə hökumət üzvləri öz münasibətini bildirəcək.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR