12 C
Baku
Şənbə, Aprel 27, 2024

Bizə yaz

Bakıya sabah qar yağacaq – XƏBƏRDARLIQ

https://ads.adviad.com/www/images/97e76905df0e959658727bf0504595a8/index.html?clickTag=https://ads2.adviad.com/www/delivery/ck.php?oaparams=2__bannerid=3568__zoneid=1068__cb=6ab414b2e9__campaignid=1919__p1=1642251071__p2=d550fe63ba6dd1961e2c33fef9c9__p3=2806507054.696ad498fa4b5007fd18ded5ca4dee4a7a124400__oadest=https%3A%2F%2Fadviad.com%2F%3Futm_content%3DAdviad%26utm_source%3Dapa.az%26utm_medium%3Diab_banner%26utm_campaign%3DApa.az_all_mob_ADV%26utm_device%3Dmobile

Bakıda və Abşeron yarımadasında yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq 17-si axşamadək yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi, sulu qara, bəzi yüksək ərazilərdə qara keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Tvit.az-a verilən məlumata görə, fasilələrlə müşahidə olunan küləkli hava şəraiti yanvarın 20-dək davam edəcək. Arabir güclənən şimal-qərb küləyi cənub-qərb küləyi ilə əvəz olunacaq. Küləyin maksimal sürəti bəzi yerlərdə arabir 23-28 m/s-yə çatacaq.

Havanın temperaturu yanvarın 17-də günün birinci yarısında 1-3° isti, axşama doğru 0-1° şaxta olacaq.

Azərbaycanın rayonlarında yanvarın 16-sı axşamdan 17-si axşamadək əsasən cənub və şərq rayonlarında yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Yaxın günlər ərzində fasilələrlə arabir güclənən şimal-qərb küləyi ilə cənub-qərb küləyi ilə əvəz olunacağı gözlənilir. Küləyin maksimal sürəti arabir 23-28 m/s-yə çatacaq. Küləkli hava şəraiti yanvarın 20-dək davam edəcək.

Şaxtalı hava şəraiti ilə əlaqədar gecə və səhər saatlarında dağlıq və dağətəyi rayonlarda buz bağlayacağı ehtimalı var.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR