13 C
Baku
Cümə, May 17, 2024

Bizə yaz

Ağcabədidə qanunsuz fəaliyyət göstərən süd məhsullarının qəbulu və istehsalı sahələri aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

AQTA-dan Tvit.az-a bildirilib ki, daxil olan məlumat əsasında Agentliyin Ucar regional bölməsinin əməkdaşları tərəfindən 23 dekabr 2020-ci il tarixdə Ağcabədi rayonu, Boyat kəndində fəaliyyət göstərən Əliyev Yaşar Nizami oğluna məxsus və Ağcabədi rayonu, Hindarx qəsəbəsində fəaliyyət göstərən Rüstəmov Ramiz Baxşeyiş oğluna məxsus süd qəbulu və saçaqlı pendir istehsalı sahələrində monitorinqlər həyata keçirilib. Keçirilən monitorinqlər zamanı hər iki müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən, baytarlıq sanitariya və sanitar gigiyena qaydalarına əməl etmədiyi və heç bir texniki normativ hüquqi aktların tələblərinə uyğun olmadan fəaliyyət göstərdiyi aşkar olunub.

Qanunvericiliyin və texniki hüquqi normativ aktların tələblərinə uyğun olaraq emal sahələrinin fəaliyyəti məhdudlaşdırılıb. Hazırda araşdırmalar davam etdirilir.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR