17.5 C
Baku
Şənbə, Aprel 27, 2024

Bizə yaz

Aeroport yolunda sərnişin avtobusu ilə toqquşan yük avtomobilinin sürücüsü qanunsuz fəaliyyət göstərib

“Daha bir qeyri-qanuni daşıma xidmətinin sürücüsünün səbəb olduğu hadisə-faciə! Mərdəkan istiqamətində hərəkətdə olan 99 DH 343 dövlət nömrə nişanlı, “Mercedes” markalı yük avtomobili 171 nömrəli müntəzəm marşrut xətti üzrə işləyən 10 TH 116 dövlət nömrə nişanlı sərnişin avtobusuna çırpılıb. Yük avtomobilinin sürücüsü heç bir qanuni əsas olmadan fəaliyyət göstərib”.

Tvit.az-ın məlumatına görə, bunu Dövlət Avtomobil Nəqliyyat Xidmətinin mətbuat katibi Nuridə Allahyarova bildirib.

“Dünəndən bu cür daşımalara qarşı başlanan tədbirlərlə bağlı sosial hesablarda ünvanımıza “bir tikə çörəyi niyə kəsirsiz” ittihamlarına qarşılıq bu hadisənin cavab olmasını heç istəməzdik… Amma fakt faktlığında qalır. İlkin məlumata görə, hadisə yük avtomobili sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib. Belə ki, sürücü yuxuladığından avtomobil idarəetmədən çıxaraq avtobusa dəyib. Nəticədə avtobus da aşıb”, – deyə o qeyd edib.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR