22 C
Baku
Bazar ertəsi, May 20, 2024

Bizə yaz

Özünə ad günü məclisi təşkil edən məktəb direktoru işdən çıxarıldı

Bakı şəhəri 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədova işdən çıxarılıb.

Tvit.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib. O qeyd edib ki, təhsil nazirinin müvafiq əmri ilə Bakı şəhəri 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədova ilə bağlanmış əmək müqaviləsinə dekabrın 28-dən xitam verilib.

Qeyd edək ki, N. Məmmədova bir müddət əvvəl karantin qaydalarını pozaraq özünə ad günü məclisi təşkil edib. O, ölkə üzrə tətbiq olunan xüsusi karantin rejiminin tələblərini pozması səbəbi ilə intizam məsuliyyətinə cəlb edilmiş, ona təhsil nazirinin əmri ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdi. Eyni zaman, N. Məmmədova xüsusi karantin rejiminin tələblərini pozduğuna görə müvafiq qaydaya cərimə olunmuşdu.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR