17 C
Baku
Şənbə, May 18, 2024

Bizə yaz

Spiker: Azərbaycan hər zaman Serbiyanın dəstəyinə əmin ola bilər

“Heydər Əliyev güclü Azərbaycan dövlətinin yaradılmasına nail olub”.

Tvit.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Milli Məclisin xüsusi iclasında Serbiya Milli Assambleyanın sədri Vladimir Orliç bildirib.

Serbiya Milli Assambleyanın sədri qeyd edib ki, ərazi bütövlüyünün qorunması ilə bağlı Serbiya və Azərbaycan eyni mövqeyə malikdir: “Parlamentarizmlə bağlı da Heydər Əliyevin böyük rolu var. Heydər Əliyev parlamentarizmə yeni ruh gətirib”.

Vladimir Orliç deyib ki, Prezident İlham Əliyev Serbiya xalqının böyük dostudur: “Serbiyadan Heydər Əliyevin xatirəsini birgə yad etmək üçün gəlmişik. Serbiyada çox gözəl bir parkda Heydər Əliyevin abidəsi var. Spiker Sahibə Qafarovanın Serbiyaya səfər edəcəyini elan etməsindən də şadıq. Azərbaycan hər zaman Serbiyanın dəstəyinə əmin ola bilər. Azərbaycanın gələcəyinin parlaq olmasını arzu edirəm”.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR