18 C
Baku
Bazar ertəsi, May 20, 2024

Bizə yaz

Rusiya və İran XİN rəhbərləri Dağlıq Qarabağı müzakirə edəcəklər

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif yanvarın 26-da Moskvaya səfər edəcək.

Tvit.az TASS-a istinadən xəbər verir ki, bu barədə bu gün Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O qeyd edib ki, səfər çərçivəsində İran XİN başçısı rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək. Görüş zamanı Rusiya və İran XİN başçıları bir sıra beynəlxalq məsələlər ətrafında, o cümlədən İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı, Dağlıq Qarabağ, Suriya, Əfqanıstan və Körfəzdə mövcud vəziyyət barədə fikir mübadiləsi aparacaqlar.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR