20 C
Baku
Cümə axşamı, May 9, 2024

Bizə yaz

Qazaxıstanda prezident seçkilərinin yekun nəticəsi açıqlanıb, Tokayev 81,31% səslə qalib gəlib

Qazaxıstan Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar prezident seçkilərinin yekun nəticəsini açıqlayıb.

Tvit.az APA-ya istinadən   xəbər verir ki, MSK sədri Nurlan Abdirov hazırkı dövlət başçısı Kasım-Jomart Tokayevin qalib gəldiyini elan edib.

“Dünən biz ilkin nəticələri elan etdik və artıq orijinal protokolları əldə etdik. Kasım-Jomart Tokayev 81,31 faiz səs toplayaraq seçkidə qalib gəlib”, o əlavə edib.

MSK sədri qeyd edib ki, seçkilərdə 3,42 faiz səs toplayan Jiquli Dayrabayev ikinci pillədə yer alıb.

Xatırladaq ki, Qazaxıstanda 20 noyabrda növbədənkənar prezident seçkiləri keçirilib.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR