14 C
Baku
Şənbə, Aprel 27, 2024

Bizə yaz

Ötən ay hərbi əməliyyatlarda əsir götürülmüş 17 şəxs və 133 meyit erməni tərəfinə təhvil verilib

2022-ci ilin sentyabr ayının 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib, erməni təxribatının qarşısını alarkən 80 hərbi qulluqçu şəhid olub, 274 nəfər hərbi qulluqçu yaralanıb.

Tvit.az APA-ya istinadən  xəbər verir ki, bu barədə Baş prokurorun böyük köməkçisi İlqar Səfərov “Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair” Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqdə deyib.

O bildirib ki, hərbi əməliyyatlar zamanı əsir götürülmüş 17 şəxs və 133 meyit erməni tərəfinə təhvil verilib.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR