17 C
Baku
Şənbə, May 18, 2024

Bizə yaz

NATO və Azərbaycan arasında enerji təhlükəsizliyi dialoqu keçirilir

Hazırda NATO və Azərbaycan arasında yeni Daimi Nümayəndələrin Müavinləri Komitəsi formatında (DNMK) enerji təhlükəsizliyi dialoqu keçirilir.

Tvit.az  xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı missiyasının rəhbəri Cəfər Hüseynzadə Tvitterdə bildirib.

O qeyd edib ki, Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov dialoqda iştirak etmək məqsədilə hazırda NATO-nun Baş Qərargahındadır.

Əlavə edib ki, Elnur Soltanov DNMK formatı çərçivəsində müttəfiqlərlə, həmçinin NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina, eləcə də NATO-nun Enerji Təhlükəsizliyi Bölməsinin rəhbəri Maykl Rüle ilə görüşəcək.

NATO və Azərbaycan arasında enerji təhlükəsizliyi dialoqu keçirilir

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR