10 C
Baku
Bazar, May 19, 2024

Bizə yaz

KİV: Ermənistan Rusiyadakı səfirini dəyişdirir

Ermənistanın Rusiyadakı səfiri dəyişə bilər.

Tvit.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak“ nəşri yazıb.

Nəşr yazır ki, İrəvanla Moskva arasında münasibətlərin yenidən başlanmasına ehtiyac var və münasibətlərin yenilənməsinə doğru ilk addım səfirlərin dəyişdirilməsi olacaq.

İlk növbədə ermənilər Rusiyadakı diplomatik missiyanın rəhbəri Vaqarşak Arutyunyanı dəyişməyi planlaşdırır.

Arutyunyanın əvəzinə İrəvanın deputat Qurgen Arsenyanı Rusiyaya səfir təyin edəcəyi gözlənilir.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR