17 C
Baku
Şənbə, May 18, 2024

Bizə yaz

İtkin düşmüş şəxslərin ailə üzvlərindən götürülmüş bioloji nümunələr Xorvatiyada yoxlanılıb və müsbət qiymətləndirilib

2008-ci ildə Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə Beynəlxalq Qızıl Xaç Komitəsi arasında imzalanmış çərçivə sazişinə əsasən, 2014-cü ilin may ayından başlayaraq itkin düşmüş şəxslərin ailə üzvlərindən bioloji nümunələrin götürülməsi həyata keçirilib.

Tvit.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsinin şöbə rəisi Sənan Babayev “Məhkəmə arxeologiyası və məhkəmə antropologiyası: Humanitar tətbiqlər” mövzusunda ilk beynəlxalq konfransda deyib.

O bildirib ki, bioloji nümunələrin xüsusi şəraitdə və temperaturda arxivləşdirilməsi, saxlanılması Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsi tərəfindən aparılıb.

“Bu illər ərzində götürülən bioloji nümunələrin keyfiyyətinin yoxlanılması Xorvatiyanın Zaqreb şəhərində yerləşən laboratoriyalarda həyata keçirilib və müsbət qiymətləndirilib. Bu layihə 2022-ci ildə sona çatıb. Müxtəlif səbəblərdən qalan bioloji nümunələrin toplanılması BQXK-nin ekspertləri tərəfindən keçirilən təlimə uyğun olaraq DTX-nin Hərbi Tibb Baş İdarəsinin mütəxəssisləri tərəfindən həyata keçirilib”, – o qeyd edib.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR