22 C
Baku
Cümə axşamı, May 9, 2024

Bizə yaz

G20 ölkələri Rusiyadan Ukrayna torpaqlarını qeyd-şərtsiz tərk etməyi tələb ediblər

G20 ölkələrinin Bali sammitinin yekun bəyannaməsində Rusiyanın Ukraynaya təcavüzü qınanılıb.

Tvit. az APA-ya istinadən xəbər verir ki, bəyanatın əsas gündəliyində üzv ölkə olan Rusiyanın qınanılması yer alıb.

Sənəddə üzv ölkələrin milli mövqeyinin BMT-nin müvafiq qətnaməsinə uğun olduğu, Rusiyanın Ukraynaya təcavüzündən ən sərt şəkildə təəssüfləndiyi vurğulanıb və Rusiyanın Ukrayna ərazisindən tam və qeyd-şərtsiz çıxması tələb edilib.

Həmçinin müharibənin qlobal iqtisadiyyatdakı mövcud həssaslıqları daha da böyütdüyü, iqtisadi böyüməni məhdudlaşdırdığı, inflyasiyanı artırdığı, tədarük zəncirlərini dağıtdığı, enerji qiymətlərini artırdığı, qida təhlükəsizliyi problemi yaratdığı və maliyyə stabilliyi riskini artırdığı qeyd olunub.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR