21 C
Baku
Cümə axşamı, May 9, 2024

Bizə yaz

Erməni silahlı dəstələri Azərbaycan Ordusunun Ağdamda mövqelərini atəşə tutub

Noyabrın 15-i saat 21:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Tvit.az-a Müdafiə Nazirliyindən bildirilib.

Bundan başqa, Azərbaycan Ordusunun Ağdam rayonu ərazisində yerləşən mövqeləri də noyabrın 16-sı saat 00:50-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən atəşə tutulub.

Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR