15 C
Baku
Bazar, May 5, 2024

Bizə yaz

Dövlət başçısı: “Biz nə bu gün, nə də gələcəkdə daha bir müharibə istəmirik”

Prezident İlham Əliyev Ermənistandakı ermənilərə mesaj göndərib.

Tvit.az xəbər verir ki, dövlət başçısı bu barədə “Euronews” kanalına müsahibəsində bildirib.

“Mənim Ermənistandakı ermənilərə mesajım belədir ki, biz onların dövləti ilə sülh istəyirik. Onlara digər mesajım ondan ibarətdir ki, hazırkı geosiyasi vəziyyəti və qüvvələr balansını aydın dərk etmək lazımdır. Uzun illər ərzində Ermənistan liderləri öz xalqını inandırırdılar ki, onlar dünyanın ən güclü ordusuna sahibdirlər, əgər müharibə başlasa, onlar Bakıya çatacaqlar. Müharibə bu hekayələri məhv etdi. Biz nə bu gün, nə də gələcəkdə daha bir müharibə istəmirik”,-deyə Prezident İlham Əliyev əlavə edib.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR