Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
Домашняя страница dünya Ukrayna silah alışına xərclərini 1,6 dəfə artıracaq
dünya

Ukrayna silah alışına xərclərini 1,6 dəfə artıracaq

02-10-2024 15:00 124 Просмотров
IMG

Gələn il Ukraynanın silah və hərbi texnikanın alınmasına xərcləri 65 faiz, yəni 1,6 dəfədən çox artacaq. 

Tvit.Az xəbər verir ki, bu barədə ölkənin baş naziri Denis Şmıqal öz “Telegram” kanalında məlumat verib.

Mütləq rəqəmlərlə, xərclərin artımı demək olar ki, 300 milyard qrivna və ya yeddi milyard dollar təşkil edəcək. 
Hökumət başçısının sözlərinə görə, ölkənin məqsədi ən müasir müdafiə-sənaye komplekslərindən birini qurmaq, o cümlədən Ukrayna silahlarının çeşidini artırmaqdır.

Şmıqal vurğulayıb ki, Rusiyanın Avropa hissəsinin ərazisində “raket və dron parçaları” çata bilməyən bir dənə də olsun təhlükəsiz yer qalmamalıdır. 

Elmin Alışov