HƏMAS İsrailin Qəzzaya qarşı başlatdığı məhdud quru əməliyyatı ilə bağlı açıqlama verib.
Tvit.az bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
Məlumata görə, HƏMAS quru əməliyyatının atəşkəs rejiminin yeni və təhlükəli pozulması olduğunu və İsrailin müdafiə naziri Katzın qəzzalıları köçürməklə hədələməsinin Benyamin Netanyahu hökumətinin üzləşdiyi böhranın dərinliyini göstərdiyini bildirib.
HƏMAS Fələstin xalqının öz torpaqlarını tərk etməyəcəyini və bu məsələdə aydın mövqe tutduqlarını bəyan edib:
“Biz deyirik ki, Qüdsdən başqa yerə köç olmayacaq”.
Aysel Şirinova