Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Kolorado ştatında soydaşlarımız yeni diaspor təşkilatı yaradıb
sosial

Kolorado ştatında soydaşlarımız yeni diaspor təşkilatı yaradıb

06-12-2024 11:00 172 Просмотров
IMG

ABŞ-nin Kolorado ştatında yaşayan soydaşlarımız orada Azərbaycan icmasının ilk diaspor təşkilatını yaradıb. 

"Tvit.az" xəbər verir ki, “Koloradoda Azərbaycan Diasporu” adlanan təşkilatın məqsədi yerli Azərbaycan icmasının Amerika cəmiyyətində təmsilçiliyini artırmaq və bu missiyanı gələcək nəsillərə ötürməkdir. Kolorado azərbaycanlılarının ABŞ-də yaşayan digər etnik qruplar, yerli icmalar və gənc nəsil arasında sıx əlaqələrin qurulması, habelə Azərbaycan dilinin və mədəniyyətinin təbliği də təşkilatın əsas hədəflərindəndir.

Yeni yaradılan təşkilatın təsisçisi və rəhbəri Nigar Şıxsəfiyeva Azərbaycanın diaspor fəaliyyətinin genişləndirilməsi, ölkəmizin ABŞ-də tanıdılması istiqamətində mühüm addımlar atılacağını vurğulayıb.