Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница siyasət Azərbaycan və Andorra XİN rəhbərlərinin görüşü olub
siyasət

Azərbaycan və Andorra XİN rəhbərlərinin görüşü olub

05-12-2024 21:00 89 Просмотров
IMG

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Andorranın Xarici İşlər Naziri Imma Tor Faus ilə görüşüb.

 

Tvit.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-İin “X” platformasındakı paylaşımında bildirilib.

 

Görüş Maltada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 31-ci iclası çərçivəsində baş tutub.

 

İkitərəfli əlaqələrin cari vəziyyəti və əməkdaşlığın perspektivləri müzakirə edilib.

 

Görüşdə əməkdaşlığın gücləndirilməsi üçün siyasi dialoqun və mütəmadi siyasi məsləhətləşmələrin əhəmiyyəti vurğulanıb.