Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ Mateuş Koxalski: "Qarabağ"da Çempionlar Liqasında oynamaq arzumu gerçəkləşdirdim"
СПОРТ

Mateuş Koxalski: "Qarabağ"da Çempionlar Liqasında oynamaq arzumu gerçəkləşdirdim"

08-09-2026 15:00 30 Просмотров
IMG

Polşalı qapıçı Mateuş Koxalski "Qarabağ"ın heyətində Çempionlar Liqasında oynamaq arzusunu gerçəkləşdirib.

 

Tvit.az xəbər verir ki, bunu 26 yaşlı qolkiper sosial şəbəkə hesabındakı paylaşımında bildirib.

 

O, Ağdam təmsilçisindən getməsi barədə yazıb:

 

"Qarabağ" mənə ölkə xaricində ilk macəramı yaşamaq fürsəti verdi. Buraya Polşadan nisbətən tanınmayan bir qapıçı kimi gəldim. İndi isə uşaqlıq arzum olan Çempionlar Liqasında oynamaq arzusunu gerçəkləşdirmiş və Azərbaycan çempionu titulunu qazanmış biri kimi ayrılıram. Mənə göstərilən etimada və inkişaf etmək üçün yaradılan imkanlara görə kluba, nəticədən və meydandakı çıxışımdan asılı olmayaraq, hər zaman yanımda olan azarkeşlərə təşəkkür edirəm. Çempionluğu birlikdə qeyd etdiyimiz anları heç vaxt unutmayacağam".

 

Qolkiper yeni bir çağırışa hazır olduğunu, "Qarabağ"dan əvəzsiz təcrübə və xoş xatirələrlə ayrıldığını da sözlərinə əlavə edib.

 

Qeyd edək ki, Mateuş Koxalski "Qarabağ"dan Polşanın "Vyeçista" klubuna transfer olunub.

 

Xatırladaq ki, 2024-cü ilin yayında "Qarabağ"a keçən polşalı qapıçı bu müddətdə 76 oyun keçirib. O, Ağdam təmsilçisi ilə birlikdə Azərbaycan çempionu olub (2024/2025), UEFA Çempionlar Liqasının 1/8 finala vəsiqə uğrunda pley-offuna qədər irəliləyib və turnirdəki 40 seyvlə "top-3"də qərarlaşıb.