Fransalı FIFA referisi Villi Delajo cari mövsüm ikinci dəfə "Sabah" komandasının UEFA Çempionlar Liqasındakı oyununa təyinat alıb.
Tvit.az-ın məlumatına görə, 33 yaşlı hakim Azərbaycan təmsilçisinin III təsnifat mərhələsində Danimarkanın "Orhus" kollektivini Bakıda 4 cavabsız qolla üstələdiyi cavab matçını da idarə edib.
O, 2024-cü ildə "Qarabağ"ın "Tottenhem"ə (İngiltərə) Londonda 0:3 hesabı ilə uduzduğu UEFA Avropa Liqasının əsas mərhələsinin qarşılaşmasında söz sahibi olub.
V.Delajo 2023/2024 mövsümündə "köhlən atlar"ın bu turnirdəki qarşılaşmasına da təyinat alıb. Fransalı ədalət təmsilçisi Ağdam klubunun Finlandiyada HİK-i 2:1 hesabı ilə məğlub etdiyi III təsnifat mərhələsinin cavab görüşündə meydanda ədaləti qoruyub.
2020-ci ildən beynəlxalq oyunlara təyinat alan referi 2021/2022 mövsümündə "Neftçi"nin İsrailin "Makkabi" (Hayfa) komandası ilə heç-heçə (3:3) etdiyi Konfrans Liqasının pley-off mərhələsinin ilk matçında iş başında olub.
Xatırladaq ki, "Mançester Yunayted" - "Sabah" qarşılaşması sentyabrın 10-da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.