Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Hindistanda avtobus dərəyə düşdü - Sərnişinlər ÖLDÜ
dünya

Hindistanda avtobus dərəyə düşdü - Sərnişinlər ÖLDÜ

20-04-2026 12:00 48 Baxış
IMG

Hindistanın şimalında sərnişin avtobusu yoldan çıxaraq dağ dərəsinə düşüb, nəticədə 20 nəfər ölüb, 36 nəfər yaralanıb.

 

Tvit.az xəbər verir ki, bu barədə Hindistan polisi jurnalistlərə bildirib.

 

Məlumata əsasən, qəza Hindistanın Cammu və Kəşmir Birlik Ərazisinin Udampur rayonunda baş verib. Qəzanın səbəbi araşdırılır. İlkin məlumatlara görə, faciəyə çətin yol şəraiti və ya nəqliyyat vasitəsinin texniki nasazlığı səbəb ola bilər.

 

Hadisə yerində xilasetmə əməliyyatları davam edir.

 

Aysel Şirinova