19 C
Baku
Bazar, May 19, 2024

Bizə yaz

Samir Şərifov: Diplomatik nümayəndəliklərimizin təhlükəsizliyinin gücləndirilməsi üçün vəsait nəzərdə tutulub

Xaricdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin və konsulluqların təhlükəsizliyinin gücləndirilməsi üçün büdcədən müvafiq vəsait nəzərdə tutulub.

Tvit.az xəbər verir ki, bunu Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, xaricdə hüquqlarımızın müdafiəsi üçün Prezident İlham Əliyev tərəfindən mütəmadi olaraq işlər görülür: “Bu məsələ Prezidentin diqqətindədir”.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR