13 C
Baku
Cümə, May 17, 2024

Bizə yaz

Ermənistan-Rusiya iqtisadi əlaqələri: Birtərəfli fayda və yeni rusofobiya hərəkatı – TƏHLİL

2018-ci ildə Ermənistanda baş vermiş ermənisayağı məxməri inqilab bu ölkədə uzun müddətdir gizli formada cərəyan edən prosesləri gün üzünə çıxardı. Məşum inqilab ölkədəki “anti-rus əhval ruhiyyəsi”nin “anti-rus cəbhəsi”nə çevrilməsində “tətikləyici” rolunu oynamaqla rus sərmayesinə və biznesinə yönəlik qəzəb dalğasına çevrildi. Eyni zamanda “məxməri inqilab” nəticəsində Nikol Paşinyanın baş nazir postuna yiyələnməsi ilə sözügedən ölkədə Soros Fondunun mövqeləri sürətlə möhkəmlənməyə başladı. Hələ 1997-ci ildə Ermənistanda fəaliyyətə başlayan “Açıq Cəmiyyət Fondu – Ermənistan”(Soros Fondu) demək olar ki, 2018-ci ildə qarşısına qoyduğu əsas məqsədə çataraq, bu kasıb postsovet ölkəsində hakimiyyətə nəzarət imkanları qazandı. Artıq Ermənistan hakimiyyətinin Soros Fondunun təsir dairəsində olduğu tək bu ölkənin daxilində deyil, xaricində də heç kəsdə şübhə doğurmur. Əslində, baş nazir Nikol Paşinyanın verdiyi qərarlar və kadr təyinatları da bunun əyani sübutudur. 

Ermənistanın baş naziri Nikol Paşinyan RBK-ya müsahibəsində “Sizin Soros Fondu ilə yaxşı əlaqələriniz var. Bu necə olur? Axı bu, Rusiya-Ermənistan əlaqələrinə mənfi təsir edir” sualına “Onlar yaradılan vaxt Rusiyada heç kəs Ermənistan hökumətinin rusiyapərəst meyillərinə şübhə etmirdi. Bütün bu təşkilatlar Robert Köçaryanın, Serj Sarkisyanın dövründə yaradılıb. Əgər onlar həqiqətən rusiyapərəst idilərsə, nə üçün bu təşkilatları bağlamayıblar?” şəklində cavablandıraraq Soros Fondu ilə yaxşı əlaqələrinin olmasını gizlətməyib. Burada mühüm nüanslardan biri ondan ibrətdir ki, “rəngli inqilablar”ın xaç atası Corc Sorosun fondunun 2018-ci ildən öncə də Ermənistanda fəaliyyət göstərməsi təsadüfi hesab olunmur. Çünki sözgedən fondun Paşinyanın hakimiyyətə gəlməsindən əvvəl Ermənistanda yerləşərək nümayəndəlik açması, 1997-ci ildən 2018-ci ilədək 200-dən çox təşkilata 48 milyon dollardan artıq vəsait ayırması öncədən hazırlanan böyük planın tərkib hissəsi olub. Xüsusilə də, Soros Fondunun Ermənistanda müstəqil medianın inkişafı adı altında öz maraqlarına xidmət edən mediaya 5 milyon dollar vəsait xərcləməsi diqqətdən qaçmamalıdır. Əhalisinin 23 faizindən çoxu yoxsul olan Ermənistan kimi bir ölkə üçün bu əslində böyük rəqəmdir. Təsadüfi deyildir ki, Ermənistandakı “məxməri inqilab”dan 3 ay öncə Paşinyana və komandasına yaxın olan jurnalistlərin və vətəndaş cəmiyyəti təmsilçilərinin hazırlanmasına Soros Fondu dəstək göstərmişdir və bu təlimlərdən çıxan 50 jurnalist və 75 ictimai fəal Paşinyan “inqilabı”nın aparıcı ruporları funksiyasını yerinə yetirirdi.

Ümumiyyətlə, Ermənistanda Soros Fondu insan hüquqlarının müdafiəsi, qadınların hüquqlarının müdafiəsi, antikorrupsiya kompaniyaları, seçki monitorinqi və digər sahələrdə çoxsaylı QHT-lərə dəstək verir. Təbii ki, bu təşkilatlar illərlə fəaliyyət göstərərək, Nikol Paşinyanın hakimiyyətə gəlişinə öz töhfələrini verdilər və bu təşkilatların rəhbərlərinin bir çoxu hazırda yeni hökumətdə yüksək vəzifələr tuturlar. Reallıq ondan ibarətdir ki, məhz Paşinyan hakimiyyətə gələndən sonra “məxməri inqilab”ın sponsorları qarşısında götürdüyü öhdəliklərini yerini yetirir və bu fondun əsas nümayəndələrinin hamısını Ermənistanda yüksək vəzifələrə təyin edir. Təsadüfi deyildir ki, artıq “sorosçular” Ermənistanda hakimiyyətin bütün qollarında möhkəmlənirlər. Bu ölkədə nazirliklər, səfirliklər, universitetlər bir-bir bu fondun nəzarətinə keçir. Məsələn, Ermənistanda Soros Fondunun vətəndaş cəmiyyətinin inkişafı istiqaməti üzrə proqramlarına görə məsul şəxs olan Sos Avetisyan Paşinyan hakimiyyətinin ilk dövrlərində Təhsil və elm nazirinin müavini vəzifəsini daşıyırdı, hazırda isə “Mənim addımım” blokunun parlamentdəki təmsilçilərindən biridir. Təhsil və elm nazirinin müavini vəzifəsini tutan Arevik Anapiosyan isə uzun illər ərzində Soros Fondu tərəfindən maliyyələşdirilən təşkilata rəhbərlik edib və təkcə 2016-2017-ci illərdə Fonddan 196 min dollar qrant almışdır.

Digər bir fakt ondan ibarətdir ki, Paşinyanın “Mənim addımım” blokundan parlamentdə təmsil olunan Qayane Abramyanın “Bərabər hüquqlar naminə” təşkilatının layihələrinə Soros Fondu 2016-2017-ci illərdə 210 min ABŞ dolları vəsait ayırıb. Fond tərəfindən maliyyələşdirilən çoxsaylı layihələrin rəhbəri olmuş Taqun Kazaryan da hazırda “Mənim addımım” blokunun parlamentdəki təmsilçilərindən biridir.

Soros Fondunun direktorlar şurasının sədri David Xaçatryanın qardaşı Sasun Xaçaturyan isə Ermənistanın Xüsusi İstintaq Xidmətinə rəhbərlik edir. Soros Fondu tərəfindən idarə olunan, Fonddan ümumilikdə 2 milyon ABŞ dollarından çox vəsait alan “Regional inkişaf mərkəzi”nin əlaqələndiriciləri və proqram rəhbərləri – Lena Nazaryan parlamentin vitse-spikeri, Liana Daltaxçyan – Baş nazirin aparatının, Sarxat Petrosyan Daşınmaz əmlak üzrə dövlət kadastrının rəhbəridir. Ermənistanda Ədliyyə naziri təyin olunan Rustam Badasyan barədə də  mətbuatda onun namizədliyini Soros fondunun Ermənistandakı icraçı direktoru Larisa Minasyanın dəstəklədiyi barədə məlumatlar öz əksini tapmışdır. Həmçinin, “Transparency International” təşkilatının seçki proqramlarının keçmiş əlaqələndiricisi Armen Qriqoryan Milli Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsinə təyin edilib, dövlət nəzarət xidmətinin keçmiş rəisi David Sanasaryan qərbpərəst amerikalı Raffi Ovannisyanın başçılıq etdiyi “İrs” partiyasının yetirməsidir. Məhz Sanasaryan Ermənistanda Rusiya səfirliyinin binasına yumurta atmaqla məşhurlaşmış şəxsdir.

Ermənistan mətbuatında yer alan məlumatların təhlili göstərir ki, baş nazir Nikol Paşinyanın parlamentdə təmsil olunan tərəfdarlarının arasında uzun illər boyu Soros Fondunun maliyyəsi ilə fəaliyyət göstərən 14 deputat var. Bu, sadəcə Soros Fondu ilə birbaşa bağlı olan deputatların say göstəricisidir. Fondla dolayısı ilə əlaqəsi olan deputatların sayı isə təxminən 50 nəfərə yaxındır. Ermənistanda hakimiyyətin hər 3 qolunda özünə güclü mövqe tutan “sorosçular”ın siyahısını genişləndirməkdə olar. Amma qənaətimizcə bu qədər kifayətdir.

Bütün bunlar bir daha onu göstərir ki, Paşinyan hakimiyyəti bütün mənalarda Soros Fonduna bağlıdır. Təsadüfi deyildir ki, onun hakimiyyətə gəlişindən sonra Corc Soros bu ölkəyə daha çox vəsait ayırmağa başlamışdır. Belə ki, təkcə 2019-cu ildə Soros Fondunun Ermənistana ayırdığı vəsait 3,6 milyon ABŞ dolları təşkil etmişdir. Eyni zamanda bu günlərdə “Açıq cəmiyyət – Ermənistan” fondu koronavirusa qarşı mübarizə üçün 600 min dollardan çox vəsait ayırıb. Əlbəttə ki, bu yeni erməni hökumətinə verilən mənəvi həmrəylik mesajıdır. Belə bir fakt da diqqəti cəlb edir ki, Ermənistan Sorosun xüsusi dəstəyinə “layiq görülmüş” yeganə postsovet ölkəsidir. Niyə başqa dövlətə yox, məhz inqilabla hakimiyyətə gəlmiş Paşinyanın Ermənistanına belə jest edildi? Çünki Ermənistanda bu fond hakimiyyətə nəzarət edir və COVİD-19 pandemiyasına qarşı uğursuz mübarizə aparan baş nazir Nikol Paşinyanın cəmiyyətdəki nüfuzunun aşağı düşməsindən narahatdır. Hazırda Soros Fondunun İrəvan ofisi tərəfindən maliyyələşdirilən “Restart” kimi gənclər və tələbə təşkilatları Paşinyanın əsas müdafiəçilərindəndir və onun hakimiyyətinin möhkəmlənməsi üçün gənclər arasında təbliğatla məşğuldurlar.

Təhlillər onu göstərir ki, Corc Soros bir çox postsovet ölkəsində məxməri inqilab etmək üçün səy göstəmişdir, amma onun ən uğurlu olduğu ölkə Ermənistan olmuşdur. Artıq birmənalı şəkildə deyə bilərik ki, Ermənistan Corc Sorosun idarə etdiyi ölkəyə çevrilir.

Burada ən mühüm məqamlardan biri də ondan ibarətdir ki, Nikol Paşinyan siyasi hakimiyyətini möhkəmləndirdikcə buna paralel olaraq həm də Ermənistan iqtisadiyyatında Corc Sorosa və ona yaxın biznes dairələrinin mövqeyini gücləndirmək yolunda mühüm addımlar atılır. Xüsusən də, Rusiyaya bağlı biznesin bu ölkədə sıxışdırılması istiqamətində incə və gizli formada plan həyata keçirilməkdədir. Bu plana görə qarışdakı illərdə Ermənistan iqtisadiyyatında da əsas söz sahibi Qərb dairələri olacaqdır.

Ağır iqtisadi yük və ya birtərəfli faydalanma

İlk öncə onu qeyd edək ki, bu ölkənin Rusiya Federasiyasına tarixən iqtisadi bağlılığı qarşılıqlı iqtisadi maraqlardan deyil, sadəcə həm iqtisadi, həm də siyasi olaraq yetkin dövlətə çevrilə bilməməsindən qaynaqlanmışdır. Bu iki ölkənin iqtisadi əlaqələrinin təhlili də bu münasibətlərdə yalnız Ermənistanın benefisiar kimi çıxış etdiyini göstərir. Elə, Rusiya Mərkəzi Bankının 2020-ci ildə açıqladğı “Rusiya Federasiyasının tədiyyə balansı, beynəlxalq investisiya mövqeyi və xarici borcu” adlı illik hesabatında Ermənistana fərdi pul köçürmələri, yəni pul yardımlarının balansı da bu ölkənin Rusiyadan hansı miqyasda birtərəfli qaydada faydalandığını göstərir. Belə ki, 2018 və 2019-cu illərdə bu ölkəyə Rusiyadan rəsmi kanallarla, müvafiq olaraq, 1 milyard 121 milyon və 1 milyard 59 milyon ABŞ dolları həcmində vəsait köçürülmüşdür. Qarşı tərəfdən köçürülən məbləğ isə cəmi, müvafiq olaraq, 156 və 177 milyon ABŞ dolları təşkil etmişdir.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR