15 C
Baku
Bazar ertəsi, May 20, 2024

Bizə yaz

Dövlət Vergi Xidmətinin büdcə daxilolmaları proqnozu üstələyib

2021-ci ilin I rübündə Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 2 085,7 mln. manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 363,8 mln. manat və ya 21,1% çoxdur.

Maliyyə Nazirliyindən Tvit.az-a verilən məlumata görə, bu göstərici 2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 45,8 mln. manat və ya 2,2% çoxdur. Həmin vəsaitin 72,2%-ivə yaxud 1 507 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 110,6 mln. manat və ya 7,9% çoxdur.

2021-ci ilin I  rübündə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 943,6 mln. manat vəsait təmin edilmişdir ki, bu da proqnoza nisbətən 158,6 mln. manat və ya 20,2% çoxdur.

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən mədaxil 115 mln. manat vəsait təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 5,5 mln. manat və ya 5% çoxdur.

Sair daxilolmalar üzrə dövlət büdcəsinə 78,4 mln. manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 48,4 mln. manat və ya 2,6 dəfə, 2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 39 mln. manat və ya 2 dəfə çoxdur.

Qeyd edək ki, 2021-ci ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 5 736,4 mln. manat və ya rüblük proqnoza qarşı 23,5 mln. manat, 0,4% çox icra olub.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR