12 C
Baku
Şənbə, Aprel 27, 2024

Bizə yaz

Bakıda oktyabrda “Rebuild Garabagh” beynəlxalq sərgisi keçiriləcək

Bakıda 1-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” (“Rebuild Garabagh 2021”) sərgisi keçiriləcək.

Tvit.az sərginin təşkilatçısı olan “Caspian Event Organisers” şirkətinə istinadən xəbər verir ki, 20-22 oktyabr tarixlərində təşkil olunacaq sərginin məqsədi Qarabağın bərpası ilə bağlı layihə və strategiyalarını təqdim edən müvafiq dövlət strukturları və təşkilatları ilə yerli və xarici şirkət nümayəndələri arasında effektiv biznes dialoqun yaradılmasıdır. Sərgidə Azərbaycan, Böyük Britaniya, İsrail, Rusiya, Qazaxıstan, Türkiyə və Ukraynadan nümayəndələr iştirak edəcək.

Sərgi çərçivəsində işgüzar tədbirlərin geniş proqramı keçiriləcək. Proqram çərçivəsində B2B – ikitərəfli görüşlər, təqdimatlar, mühüm məsələlərin müzakirəsinə həsr olunmuş dairəvi masalar, tədbirlər və s. təşkil olunacaq.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR