21 C
Baku
Cümə axşamı, May 2, 2024

Bizə yaz

Bakıətrafı kəndlərdə 7 marşrutun hərəkət trayektoriyası dəyişib – SİYAHI

Bakıətrafı kənd və qəsəbələrdə fəaliyyət göstərən 7 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib.

Bakı Nəqliyyat Agentliyindən Tvit.az-a bildirilib ki, məqsəd çimərlik mövsümündə əhalinin və turistlərin çimərliklərə rahat gediş-gəlişini təmin etməkdir.

Mövsümi xarakterli dəyişikliyə əsasən, 16.06.2021 tarixindən:

• 101 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Türkan” çimərliyinədək;

• 107 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Buzovna” çimərliyinədək;

• 146 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Şüvəlan” çimərliyinədək;

• 179 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Pirşağı” çimərliyinədək;

• 180 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Zirə” çimərliyinədək;

• 182 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Mərdəkan” çimərliyinədək;

• 189 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti Nardaran qəsəbəsinin “Ləhic” bağlarına qədər təşkil ediləcək.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR