14 C
Baku
Bazar ertəsi, May 20, 2024

Bizə yaz

AZAL İstanbul və Ankaraya uçuşları dayandırır

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan Türkiyənin İstanbul və Ankara şəhərlərinə uçuşları müvəqqəti dayandırır.

Tvit.az AZAL-a istinadən xəbər verir ki, Bakı – Ankara – Bakı aviareysləri (J2 103/104) aprelin 29-dan mayın 13-nə qədər, Bakı – İstanbul – Bakı aviareysləri (J2175/176) aprelin 29-dan mayın 16-na qədər yerinə yetirilməyəcək.

Bununla yanaşı, mayın 12-nə planlaşdırılan Bakı – Antalya – Bakı aviareysi (J2 125/126) də baş tutmayacaq.

Buna səbəb təlabatın az olmasıdır. Sərnişinlər aldıqları aviabiletləri “Türk Hava Yolları” şirkətinin reyslərinə dəyişə bilərlər. Bununla yanaşı, aviabiletləri cəriməsiz AZAL-ın istənilən tarixə olan reysinə dəyişdirmək və yaxud qaytarmaq da mümkündür.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR