15 C
Baku
Bazar ertəsi, May 20, 2024

Bizə yaz

Azərbaycandan Rusiya və Türkiyəyə bu il üçün avtobus marşrutları rəsmiləşdirilib

2021-ci il üçün Azərbaycandan Rusiya Federasiyasına 8, Türkiyə Respublikasına isə 2 istiqamət olmaqla, 10 istiqamət üzrə beynəlxalq müntəzəm avtobus marşrutlarının rəsmiləşdirilməsi təmin olunub.

Tvit.az xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) 2021-ci ilin I rübü üzrə görülən işlər barədə rüblük hesabatında bildirilir.

Hesabat dövründə Qazax rayonunun Ağköynək kəndi ərazisində təşkil olunan avtostansiyaya 3-cü kateqoriyalı avtostansiya pasportu verilib. Rəqəmsal taxoqraf kartının alınması üçün 64 sürücüyə ilk dəfə kart verilib, 8 sürücünün kartı yenisi ilə əvəz olunub.

Xarici daşıyıcıların Azərbaycan ərazisinə, eləcə də Azərbaycan daşıyıcılarının xarici dövlətlərin ərazilərinə beynəlxalq avtomobil daşımalarını həyata keçirməsi üçün 2021-ci ilin yanvar-mart ayları ərzində Dövlət Avtomobil Nəqliyyatı Xidməti ilə xarici dövlətlərin səlahiyyətli dövlət orqanları arasında aşağıdakı növdə və sayda “İcazə blankları” mübadilə edilib:

– Giriş, çıxış və tranzit keçid üçün – 120 875 ədəd;

– 3-cü ölkəyə/ölkədən daşımalar üçün – 11 405 ədəd;

– Beynəlxalq sərnişindaşımaları üçün – 1 350 ədəd;

Beynəlxalq Nəqliyyat Forumunun Çoxtərəfli Kvota sistemi çərçivəsində Azərbaycan üçün müəyyən edilmiş çoxtərəfli illik “İcazə”lərin sayı 1 140 ədəd, çoxtərəfli aylıq “İcazə”lərin sayı isə 240 ədəd təşkil edib.

Hesabat dövrü ərzində beynəlxalq avtomobil daşımaları həyata keçirən yerli daşıyıcılara 25 517 ədəd “İcazə” blankının verilməsi nəticəsində dövlət büdcəsinə 1 166 982 manat dövlət rüsumunun ödənilməsi təmin edilib.

Beynəlxalq avtomobil daşımalarında iştirak edən Azərbaycan daşıyıcılarının beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsinin elektron formasından istifadə etməsi üçün şərait yaratmaq, eləcə də onların rəqabət qabiliyyətinin artmasına töhfə vermək məqsədilə normativ hüquqi akt layihələri hazırlanıb, aidiyyəti dövlət orqanları ilə razılaşdırılıb.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR