17 C
Baku
Şənbə, May 18, 2024

Bizə yaz

Xəzər “Karabakh is Azerbaijan!”-ın qalibi oldu

Iki gün davam edən “Karabakh is Azerbaijan!” (“Qarabağ Azərbaycandır!”) beynəlxalq dərəcəli onlayn şahmat turniri başa çatdı.

  Chess.az xəbər verir ki, “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə təşkil olunan turnirin final mərhələsində 33 ölkədən 160  17 yaşadək şahmatçı iştirak edib.
  Maraqlı mübarizə şəraitində keçən turnir həmyerlimiz Xəzər Babazadənin (2409) qələbəsi ilə nəticələndi. 11 oyundan 8.5 xal toplayan Xəzər hamıdan güclü oldu. İkinci yerin sahibi yarışın reytinq favoriti olan özbəkistanlı Nodirbek Abusattarov (2627) oldu. Üçüncü və dördüncü yerləri isə belaruslu Denis Lazavik (2436) və həmyerlimiz Əhməd Əhmədzadə (2431) bölüşdürüblər. 
  Ən yaxşı nəticə göstərən azərbaycanlı şahmatçı nominasiyasında Aydın Süleymanlı 1-ci (ümumi hesabda 6-cı), Məhəmməd Muradlı 2-ci (ümumi hesabda 9-cu) , Şiroğlan Talıbov isə 3-cü (ümumi hesabda 15-ci) yerin sahibi olub.
  12 yaşadək şahmatçılar arasında 1-2-ci yerləri Türkiyə təmsilçiləri tutub. Ediz Gürəl 1-ci, Bora Yarar 2-ci yerə sahib çıxıb. 3-cü yerin sahibi isə həmyerlimiz Cahandar Azadəliyev oldu.
  Qızlar arasında Qazaxıstan təmsilçisi Assel Lezbekova 1-ci yerə layiq görülüb. 2-ci yerin sahibi həmyerlimiz Mələk İsmayıl olub. 3-cü yerə isə gürcüstanlı Yekaterina Pipiya çıxıb.

 Xatırladaq ki, yarışın keçirilməsində əsas məqsəd Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunmasının qeyd edilməsi, karantin dövründə məktəblilərin asudə vaxtlarının səmərəli təşkili və müasir texnologiyalardan istifadə etməklə şahmatçıların yarış təcrübələrinin artırılması olmuşdu. 
“Karabakh is Azerbaijan!” turnirin ümumi mükafat fondu 2.000$ təşkil edirdi. 

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR