17 C
Baku
Şənbə, May 18, 2024

Bizə yaz

UEFA bütün zamanların reytinqini açıqladı-siyahıda 7 Azərbaycan klubu da var

UEFA Avrokuboklarda bütün zamanların (1955-2020) yeni reytinq siyahısını açıqlayıb.

526 klubun yer aldığı siyahıya Azərbaycanı 7 klub təmsil edir.

Klublarımızdan ən yüksək nəticəyə Ağdamın “Qarabağ” klubu malikdir. Ağdam təmsilçisi 46 xalla 78-ci pillədə qərarlaşıb. Digər klublarımızdan “Neftçi” 15 xalla 171-ci, fəaliyyətini dayandıran “Bakı” klubu 6 xalla 271-ci,”Keşlə” 5 xalla 297-ci, “Şəmkir” 2 xalla 398-ci, “Kəpəz” 2 xalla 399-cudur, bir xalı olan “Xəzər Lənkəran” isə 426-cı pillədə yer alıb.

Qeyd edək ki, siyahıya “Real” (607 xal) başçılıq edir. “Bavariya” (495 xal) 2-ci, “Barselona” (459 xal) 3-cüdür.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR