16 C
Baku
Cümə axşamı, May 16, 2024

Bizə yaz

Ramil Şeydayev “Boavişta”-ya keçir!?

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev yenidən legioner həyatı yaşaya bilər.

Tvit.az apasport.az saytına istinadən xəbər verir ki, AFFA “Sabah”ın forvardının ölkə xaricinə yollanmasına maraqlıdır və ona yeni klub tapıb.

25 yaşlı oyunçunun 2016-cı ildə Türkiyə klubu “Trabzonspor”a keçidində vasitəçilik edən assosiasiya bu dəfə Şeydayevi Portuqaliyaya aparmağa çalışır. Vaxtilə Emin Mahmudov və Kamran Ağayevin keçidi zamanı “Boavişta” klubu ilə əlaqələrini möhkəmlədən AFFA rəsmiləri Ramilin də bu yolla addımlamasına şərait yarada bilər. Oyunçu özü də yenidən şansını başqa ölkədə sınamaqda maraqlıdır.

Portuqaliya yüksək liqasında autsayderlərdən olan “Boavişta” ilə danışıqlar davam edir. Tərəflər ortaq məxrəcə gələrsə, millimizin üzvü mövsümün sonunda Porto klubuna azad agent kimi keçəcək. Çünki onun “Sabah”la müqavilə müddəti yayda bitəcək.

Qeyd edək ki, “Zenit”in yetirməsi olan Ramil Şeydayev “Rubin”, “Trabzonspor”, “Jilina”, “Krılya Sovetov”, “Dinamo” ilə yanaşı, ölkəmizdə də “Qarabağ”ın formasını geyinib.
 

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR