17 C
Baku
Şənbə, May 18, 2024

Bizə yaz

“Qarabağ” “Bayer 04″lə oyunda fasiləyə inamlı üstünlüklə yollanıb – YENİLƏNİR

Bakıda “Qarabağ” və Almaniyanın “Bayer 04” komandaları arasında keçirilən Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda birinci hissə başa çatıb.

Tvit.az xəbər verir ki, Azərbaycan çempionu fasiləyə öndə yollanıb – 2:0.

Yassin Benzia 26-cı dəqiqədə hesabı açıb. 45+2-ci dəqiqədə Juninyo qonaqları növbəti dəfə məyus edib.

xxx

“Qarabağ” və “Bayer 04” arasında keçirilən Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda hesab açılıb.

Tvit.az xəbər verir ku, 26-cı dəqiqədə Ağdam klubunun futbolçusu Yassin Benzia topu qapıdan keçirib.

xxx

Bakıda “Qarabağ” və Almaniyanın “Bayer 04” klubları arasında keçirilən UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunu başlayıb.

Tvit.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 21:45-də start götürüb.

Görüşün baş hakimi fransalı Benua Bastyendir.

Qeyd edək ki, komandalar arasında cavab oyunu martın 14-də Leverkuzen şəhərində gerçəkləşəcək.

xxx

Bakıda UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda üz-üzə gələcək “Qarabağ” və Almaniyanın “Bayer 04” klubunun start heyətləri açıqlanıb.

Tvit.az xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar.

“Qarabağ”: Andrey Lunyov, Marko Veşoviç, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Toral Bayramov, Patrik Andrade, Marko Yankoviç, Leandro Andrade, Yassin Benzia, Abdullah Zubir, Juninyo.

“Bayer 04”: Matey Kovar, Alexandro Qrimaldo, Edmond Tapsoba, Conatan Tah, Odilon Kassunu, Amin Adli,Robert Andrix, Ezekyel Palasios, Natan Tella, Borxa İqlesias, Adam Hlojek.
Baş məşqçi: Xabi Alonso

Qeyd edək ki, komandalar arasında bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək ilk görüş saat 21:45-də başlayacaq. Cavab qarşılaşması martın 14-də Leverkuzendə reallaşacaq.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR