12 C
Baku
Şənbə, Aprel 27, 2024

Bizə yaz

Lionel Messi 7-ci dəfə “Qızıl top” mükafatını qazanıb

İlin ən yaxşı futbolçusu üçün təsis olunan “Qızıl top” mükafatının sahibi müəyyənləşib.

Tvit.az xəbər verir ki, məşhur “France Football” nəşrinin keçirdiyi səsvermənin qalibi adına yenə Lionel Messi yiyələnib.

Qalibin adı Fransanın paytaxtı Parisdə keçirilən tədbirdə açıqlanıb. “Şatle” teatrında təşkil olunan mərasimdə argentinalı ulduzu sabiq komanda yoldaşı Luis Suares təltif edib.

7-ci dəfə bu mükafata sahib çıxan PSJ-nin hücumçusu öz rekordunu yeniləyib. “France Football”ın səsverməsində “Bavariya”nın polşalı hücumçusu Robert Levandovski 2-ci, “Çelsi”nin italiyalı yarımmüdafiəçisi Jorjinyo isə 3-cü olub. Bu “üçlük”lə yanaşı, əsas namizədlər sırasında olan “Real”ın fransalı forvardı Kərim Benzema 4-cü yeri tutub.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR