13 C
Baku
Cümə, May 17, 2024

Bizə yaz

Keysuke Honda “Neftçi”yə gəlir!

Məşhur yaponiyalı futbolçu Keysuke Honda “Neftçi” ilə danışıqlar apardığını etiraf edib.

35 yaşlı yarımmüdafiəçi yerli radiostansiyaların birinə verdiyi açıqlamasında müqavilə imzalamağa yaxın olduğunu söyləyib.

O, Azərbaycana mümkün gəlişinə dair xəbərləri belə şərh edib: “Mən bunu ciddi və dərindən nəzərdən keçirirəm. Lakin son qərar hələ qəbul olunmayıb. Sualınıza cavab olaraq, mən “Ola bilsin” deyirəm. Hələ bilmirəm”.

98 dəfə Yaponiya millisininin formasını geyinmiş Keysuke Honda, yığmanın heyətində 37 dəfə fərqlənə bilim. O, İtaliya “Milan”ı ilə yanaşı, Niderlandın “Venlo” və “Vitess”, Rusiyanın MOİK (Moskva), Meksikanın “Paçuka”, Avstraliyanın “Melburn Viktori”, Braziliyanın “Botafoqo” komandalarında da çıxış edib.

Ulduz futbolçunun son olaraq Portuqaliya “Portimonense” klubu ilə müqavilə bağlayıb. Lakin o azı 3 ay azad agent statusu daşımadığı üçün yerli futbol liqasının qərarına əsasən, meydana çıxa bilməyib və fevralın 11-də klubla yollarını ayırıb. “Neftçi”yə keçidi rəsmiləşsə, Azərbaycan Yaponiya daxil olmaqla və Portuqaliya istisna edilməklə Hondanın çıxış etdiyi 8-ci ölkə olacaq.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR