17 C
Baku
Şənbə, May 18, 2024

Bizə yaz

Kamerun yığmasının hücumçusu “Keşlə”-yə gəlir

“Keşlə” Futbol Klubu qış fasiləsində ilk transferini reallaşdırmağa çox yaxındır.

 Tvit.az xəbər verir ki, Bakı klubu Kamerun yığmasının keçmiş hücumçusu Anatole Abanqla yaxından maraqlanır və tərəflər arasında ilkin razılıq əldə olunub.

 24 yaşlı futbolçu artıq Bakıya dəvət olunub və yaxın günlərdə onunla rəsmi müqavilə imzalanacaq.

Abanq “Keşlə”-yə” Moldovanın “Şerif” klubundan gəlir. Buna qədər isə Abanq Rumıniyanın “Astra”, ABŞ-ın “Nyu-Yurk Red Bulz”, Finlandiyanın “Syenyaoki”, Danimarkanın “Xobro” və Çinin “Nantonq Jiun” klublarında çıxış edib.

Anatole Abanq Kamerun yığmasının heyətində altı oyun keçirib və bir qol vurub.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR