12 C
Baku
Şənbə, Aprel 27, 2024

Bizə yaz

DÇ-2022: Azərbaycan millisinin oyunlarına qonaq azarkeşlər buraxılmayacaq

Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində sentyabrda keçirəcəyi oyunlarına qonaq azarkeşlər buraxılmayacaq.

Tvit.az xəbər verir ki, bu barədə UEFA və FİFA qərar verib.

Həmin qurumlar koronavirus pandemiyası ilə əlaqədar gələn ay Avropada seçmə mərhələ matçlarına səfər komandalarının fanatlarının buraxılmamasını məqsədəuyğun sayıb. Oktyabr və noyabrdakı qarşılaşmalarla bağlı isə müzakirə aparılacaq.

Qeyd edək ki, DÇ-2022-nin seçmə mərhələsinin A qrupunda yer alan millimiz sentyabrın 1-də Lüksemburqun, 4-də İrlandiyanın qonağı olacaq, 7-də isə Portuqaliyanı qəbul edəcək.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR