20 C
Baku
Cümə axşamı, May 2, 2024

Bizə yaz

Azərbaycan millisi FIFA reytinqində irəlilədi

FIFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

“Tvit.az” xəbər verir ki, bir pillə irəliləyən Azərbaycan yığması 112-ci olub.

Komandamızın hesabında 1177,83 xal var.

Hazırda baş məşqçisiz olan milli Bakıda keçirilmiş “FIFA series – Edition 2024” layihəsində Monqolustanı 1:0 hesabı ilə üstələyib, Bolqarıstan kollektivi ilə heç-heçə edib – 1:1.

Siyahıya son dünya çempionu Argentina (1855.2) başçılıq edir. Fransa (1845,44) ikinci, Belçika (1798,46) üçüncüdür.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR