20.2 C
Baku
Şənbə, Aprel 27, 2024

Bizə yaz

AFFA yarımçıq dayandırılan oyunla bağlı cəzaları açıqlayıb

AFFA İntizam Komitəsi Gənclər Liqasının yarımçıq dayandırılan İCBFA – “Turan Tovuz” oyunu ilə bağlı cəzaları açıqlayıb.

Tvit.az-ın reporta istinadla məlumatına görə, qurum görüşdə qırmızı vərəqə alan hər komandanın 4 futbolçusunu 4 matçlıq diskvalifikasiya edib.“Turan Tovuz”dan Fərid Cəfərov, Tahir Tağıyev, Məhəmməd Abbasov və Dəniz Rəcəbov, İCBFA-dan isə Fərid Eyvazov, Heydər Cəbrayılov, Cavid Məmmədov və Fərid Quliyev qarşıdakı 4 görüşü buraxacaqlar. Onlardan Fərid Cəfərov hakimi təhqir etdiyinə, digərləri təcavüzkar davranışa görə cəzalandırılıblar.“Turan Tovuz”un köməkçi məşqçisi Ruslan Abbasov isə son dəqiqələrdə meydana daxil olaraq hakimin qərarına etirazını bildirib. Həmin hərəkətinə görə qırmızı vərəqə alan mütəxəssis 2 oyunluq cəzaya məruz qalıb.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR